|
Xəzər Universiteti
1991-ci ildə
Nazirlər Kabinetinin qərarı ilə yaradılmışdır və Azərbaycanda
fəaliyyətə başlayan ilk özəl ali məktəbdir.
Xəzər Universiteti Azərbaycanda bakalavr, magistr və doktor
dərəcələri verən ilk tədqiqat yönümlü özəl ali məktəbdir.
Xəzər Universitəsi Azərbaycanda yeganə universitədir ki, onun tədris
siyasəti və diplomları Avropa və Amerikanın aparıcı universitələri
tərəfindən tanınır.
-
Xəzər Universiteti Azərbaycanda kredit sistemini tətbiq edən ilk ali
məktəbdir.
-
Xəzər
Universitetində əsas təhsil dili ingilis dilidir. Bu, tələbələrin
müasir dərsliklərdən istifadə etməsi, təhsillərini xaricdə davam
etdirməsi, xaricdən gələn müəllimlərin effektli dərs deməsi və s.
kimi işlərə geniş imkan verir.
-
Xəzər Universitetində keyfiyyət
həmişə
əsas meyar olmuşdur.
Universitetdə yaradılmış «Ali təhsildə keyfiyyətin təminatı mərkəzi»
ölkəmizdə bu sahədə fəaliyyət göstərən yeganə qurumdur.
-
Təhsildə
keyfiyyəti və beynəlxalq standartları təmin etmək üçün Xəzər
Universiteti beynəlxalq əlaqələrini daimi inkişaf etdirir, eləcə də
ölkəmizdə fəaliyyət göstərən tanınmış yerli və xarici şirkətlərlə
yaxından əməkdaşlıq edir.
-
Xəzər
Universitetində Mühəndislik, tətbiqi elmlər, iqtisadiyyat, biznes
idarəçiliyi, humanitar və sosial elmlər, incəsənət, beynəlxalq
münasibətlər, hüquq, tibb və səhiyyə, təhsil və s. sahələr üzrə
kadr hazırlığı aparılır.
-
Universitet
nəzdində «Dünya» məktəbi, müxtəlif tədqiqat institutları fəaliyyət
göstərir.
-
Universitetdə
azərbaycanlılarla yanaşı ABŞ, Norveç, Hindistan, Pakistan, İran,
İraq, Türkiyə, Misir, Nigeriya, Anqola, bir sıra MDB ölkələri, və
s. ölkələrdən əcnəbi tələbələr təhsil alır. Əcnəbi tələbələr təhsil
alan tələbələrin 15 faizindən çoxunu təşkil edir.
-
Dünyanın
bir çox ölkələrindən alınıb gətirilmiş, elmin müxtəlif sahələrinə
aid dərslik və monoqrafiyalarla zəngin kitabxana informasiya mərkəzi
tələbələrə xidmət edir. Kitabxana informasiya mərkəzi, Science
Direct, Cambridge University Press, Oxford University Press, Bio
One, AGORA, Ingenta və s. kimi dünyada ən məşhur olan verilənlər
bazalarına müraciəti təmin edir. Universitenin tələbələrinin
dünyanın müxtəlif yerlərində nəşr olunan 4450 akademik və 3650
biznes curnallarına çıxışı var
-
Universitetdə
200-dən çox professor-müəllim heyəti çalışır. Bunlar həm tanınmış
yerli, həm də xaricdən dəvət olunmuş mütəxəssislərdir. Yerli
mütəxəssislərin böyük əksəriyyəti xaricdə təhsil almış və ya təcrübə
keçmişlər. Xəzər universiteti xaricdən dəvət edilmiş mütəxəssislərin,
eləcə də xaricə göndərilmiş müəllim və tələbələrin sayına görə
Azərbaycanın və yaxın bölgənin ən qabaqcıl ali məktəbidir.
Xəzərin sorağında
Hamlet Isaxanlı
Xəzər
Universitəsinin
yaradılması
və
inkişafı
ilə
bağlı
gerçəklər
xatirimdə
silinməz
izlər
buraxmışdır.
Hadisələri
düşüncəmin
süzgəcindən
keçirərək
olduğu
kimi
tam
səmimiyyətlə
oxuculara
çatdırmaq
iddiasındayam.
Ümid
edirəm
ki,
"Xəzər"in
sorağında
keçirdiyim
günləri
yenidən
və
sizinlə
bərabər
yaşayacağıq.
Azərbaycan, Bakı, Xəzər Universitəsi
Nəşriyyatı 2006.
ISBN10 9952-20-034-X
ISBN13
978-9952-20-034-8
Kitabı Oxumaq (PDF)... |