Vakansiya: Müəllim axtarılır

Xəzər Universitetinə aşağıdakı departamentlər üzrə tam ştat müəllim heyəti axtarılır:

  • Dillər və ədəbiyyatlar (Azərbaycan dili və ədəbiyyatı)
  • Təhsil
  • Kimya və kimya mühəndisliyi (Kimya)
  • Coğrafiya və ətraf mühit
  • Kompüter elmləri
  • İqtisadiyyat və menecment
  • Fizika və elektronika
  • Neft-qaz mühəndisliyi

Tələblər:

  • Doktorluq dərəcəsi
  • İngilis dilində mükəmməl yazma və ünsiyyət qabiliyyəti
  • Tədqiqat bacarıqları
  • Sahə üzrə ən azı 3 illik iş təcrübəsi
  • Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları

Əsas vəzifələr:

  • Akademik araşdırma aparmaq və elmi jurnallarda dərc etdirmək
  • Bakalavr və magistratura tələbələrinə təyin olunan fənlərin tədrisi
  • Universitet standartlarına cavab verən sillabusların hazırlanması
  • Dərslər, müzakirələr, tapşırıqlar kimi kurs materialların hazırlanması və planlaşdırılması
  • Departament istiqamətinə aid dərsdən kənar tədbirlər təşkil etməkdə kömək etmək
  • Rəhbərlik tərəfindən təyin edilmiş bütün digər vəzifələri yerinə yetirmək.

Qeyd: İşçinin səriştəsindən asılı olaraq, əməkhaqqı komissiya tərəfindən müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini martın 15-nə qədər e-mail ünvanına göndərə bilərlər: contact@khazar.org.

Film about Khazar University