Vakansiya: İşçi axtarılır

Xəzər Universitetinə aşağıdakı departamentlər üzrə tam ştat işçi heyəti axtarılır:

  • Dillər və ədəbiyyatlar (Azərbaycan dili və ədəbiyyatı)
  • Təhsil
  • Kimya və kimya mühəndisliyi (Kimya)
  • Coğrafiya və ətraf mühit
  • Kompüter elmləri
  • İqtisadiyyat və menecment
  • Fizika və elektronika
  • Neft-qaz mühəndisliyi

Əsas tələblər və bacarıqlar:

  • Magistr və ya bakalavr dərəcəsi (xüsusi hallarda)
  • Azərbaycan və ingilis dillərini mükəmməl yazma və ünsiyyət qabiliyyəti (Rus dilini işçi səviyyədə bilmək arzu olunandır)
  • Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları
  • Microsoft Office kompüter proqramlarında sərbəst işləmə bacarığı
  • Sənədlərlə işləmək bacarığı
  • Hədəflərə çatmaq üçün verilmiş vaxt çərçivəsində işləmək qabiliyyəti
  • Departamentin müdiri və koordinatoru tərəfindən təyin edilmiş bütün digər vəzifələri yerinə yetirmək

İş təcrübəsi:

1 il və ya daha çox (istisnalar da nəzərdən keçirilə bilər).

Qeyd: İşçinin səriştəsindən asılı olaraq, əməkhaqqı komissiya tərəfindən müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini martın 15-nə qədər e-mail ünvanına göndərə bilərlər: contact@khazar.org.

Film about Khazar University