"Futbolun iqtisadiyyatı" adlı 3-cü Beynəlxalq Konfrans


"Futbolun iqtisadiyyatı" adlı 3-cü Beynəlxalq Konfrans

Məqalələrin qəbulu 

Tarix: 29-31 may 2019-cu il

Məkan: Bakı, Azərbaycan 

Yer: Xəzər Universiteti 

Xəzər Universiteti, Rusiyanın Yeni İqtisadiyyat Məktəbi və Ali İqtisadiyyat Məktəbi “Futbolun iqtisadiyyatı” adlı konfrans təşkil edir. Konfrasnın əsas məqsədi futbol sənayesi sahəsində aparılan tədqiqatların əhəmiyyətini vurğulamaq və bu sahə üzrə akademik işçiləri və təcrübə sahiblərinin əməkdaşlığını təşviq etməkdir.

Tədqiqatçılar təqdimat üçün məqalələri təqdim edə bilərlər. Futbol sənayeninin iqtisadi, sosial və idarəetmə ilə əlaqəli nəzəri və empirik tədqiqat işləri qəbul olunur. Mövzular aşağıdakı kimidir:

  • Futbolun inkişafı
  • Fanatlar və futbola olan tələbat
  • Əmək və transfer
  • Turnir nəzəriyyəsi
  • Meqa tədbirlər
  • Uğurun təminatçıları
  • Risklərin və proqnozların qiymətləndirilməsi
  • Strateji maliyyə idarəetməsi
  • İqtisadi təsirlərin öyrənilməsi: futbol sənayesindəki investisiyaların makroiqtisadi faydaları

 

Son müraciət tarixləri:

  • Xülasənin təqdim edilməsi (təxmini 3 səh.): 28 fevral 2019-cu il
  • Qəbul olunan xülasələr barədə məlumat: 31 mart 2019-cu il
  • Məqalənin təqdim edilməsi: 25 aprel 2019-cu il

Seçilmiş məqalələr Web of Science indeksinə malik "Xəzər Humanitar və sosial elmlər jurnalı"nda nəşr ediləcək.

Konfransın işçi dili ingilis dilidir. Konfrans və müraciət proseduru haqqında ətraflı məlumatı konfransın saytından əldə etmək olar:

https://www.footballeconomics.ru.

Konfransın proqramı ilə əlaqədar suallarla Ali İqtisadaiyyat Məktəbinin prorektor müavini professor Dmitri Daqayevlə (ddagaev@hse.ru), təşkilati məsələlərlə bağlı suallarla isə Xəzər Universitetinin İqtisadiyyat və idarəetmə departamentinin koordinatoru Bahadır Baysal (bbaysal@khazar.org) ilə əlaqə saxlamaq olar.


Film about Khazar University