Xəzər Universiteti üçün yeni brend kimliyi və loqo dizaynı müsabiqəsi elan edilir!

Görüləcək işlər: 

1. Bazar araşdırması (universitet loqoları, qədim və gənc universitetlərin brend kimlikləri arasındakı fərq)

2. Brend araşdırması (Xəzər Universitəsinin missiyası, gələcəyə baxışı, üstün tutulan rənglər və çatdırmaq istədiyi mesaj haqqında informasiyanın əldə edilməsi)

3. Korporativ üslub, loqo, universitetin əsas rəngləri, vizitkalar, məktub başlıqları, zərflər, rəsmi şriftlər, prezentasiya başlıqları, geyim, satış üçün nəzərdə tutulan digər mallar və promo məhsulların dizaynlarından ibarət olan brendbukun hazırlanması. 

Müsabiqənin qalibi mükafatlandırılacaq. 

Xəzər Universiteti haqqında daha geniş məlumat almaq üçün: www.khazar.org

Bütün suallarla əlaqədar Ülkər İsayevaya müracət edə bilərsiniz: ulkerjanan@gmail.com

Son qeydiyyat tarixi: 25.03.2019

Film about Khazar University