“Qədim şəhərin müasir çaları ol!” adlı təsviri və tətbiqi incəsənət müsabiqəsi keçiriləcək

“Şəhər incəsənəti. Azərbaycan” (City Art Azerbaijan) layihəsinin yaradıcı heyətinin təşkilatçılığı ilə “Qədim şəhərin müasir çaları ol!” adlı təsviri və tətbiqi incəsənət müsabiqəsi keçiriləcək.

Müsabiqə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası, Memarlıq və İncəsənət İnstitutu, Qobustan Milli Tarix-Bədii Qoruğu, Xəzər Universiteti, Mirzə Ələkbər Sabir Fondu və Azərbaycan Arxeoloqlar Cəmiyyətinin tərəfdaşlığı və dəstəyi ilə baş tutacaq. Xəzər Universitetinin “City Art” layihəsinə dəstəyi layihənin irəli getməsində mühüm rol oynadı. Xəzər Universitetinin tələbə və müəllim heyəti bu layihəyə böyük dəstək olmuşdur. http://www.khazar.org/az.

Müsabiqə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin icrasına yönəlmişdir.

Sərgi, təlim-treyninqlər, əyani işin yaradılması və nümayişi formatında baş tutacaq müsabiqənin ideyası müasir şəhər incəsənəti trendlərinin və dəbinin gənclər arasında düzgün təbliğinə yönəlmişdir.

Müsabiqənin iştirakçıları istənilən texnikadan (rəngkarlıq, qrafika, heykəltaraşlıq, tətbiqi sənət, qraffiti, “conceptual art”, “photo art”, “video art”, “installation art”, “art performance” və s.) istifadə etməklə, öz ideyasını gerçəkləşdirə bilərlər.

Dörd mərhələli layihənin yekunu olaraq, qalib iş şəhərin bir guşəsində nümayiş olunacaq. İlk mərhələni keçən iştirakçılara hədiyyə və sertifikatlar, layihənin qalibinə isə xüsusi mükafat, diplom və əsərinin ictimaiyyətə təqdim olunması şansı veriləcək.

İşlərin qəbulu üçün son tarix 2019-cu il martın 11-dir. Hazırlanan işlər həftə içi saat 11:00-dan 17:00-dək aşağıdakı ünvanlara təhvil verilə bilər:

  • Bakı şəh., Məhsəti küçəsi 41 (Xəzər Universitetinin Neftçilər korpusu)
  • H.Cavid pr., 115 (AMEA Memarlıq və İncəsənət institutu, IV mərtəbə).

E-mail: cityart.azerbaijan@gmail.com

Tel.: (+994 55) 454 04 75; (+994 55) 739 88 76.
Film about Khazar University