Əcnəbi Vətəndaşlar üçün Təqaüd Proqramları – Sənədlərin qəbulu BAŞLADI!


Müraciət üçün son tarix 15 aprel, 2019

Xəzər Universitetində bakalavriatura, magistratura və doktorantura pillələrində təqaüdlə təhsil almaq üçün sənəd qəbulu başlandı.

Azərbaycanın ən öndə gedən universitetlərindən biri olan Xəzər Universiteti tədris və tədqiqat üçün əlverişli mühitə sahibdir. Bu il də Xəzər Universiteti əcnəbi vətəndaşları Universitetin müasir və daim inkişaf edən beynəlxalq mühitinin bir hissəsi olmaları üçün dəvət edir! Tədris dili ingilis dilidir.

Xəzər Universitetinin Mükəmməllik Təqaüdləri tələbənin təhsil haqqını tam əhatə edir. Təqaüd bir il müddətinə təyin olunur və tələbənin akademik göstəricilərinə əsasən uzadılır. Xəzər Universitetində magistratura və doktorantura pilləsində təhsil almaq istəyən əcnəbi vətəndaşlar bu təqaüd proqramı üçün müraciət edə bilərlər.

Xəzər Universiteti Nailiyyət təqaüdləri müraciət edən tələbənin akademik göstəricilərindən asılı olaraq təhsil haqqına 75%, 50%, və ya 25% endirimləri nəzərdə tutur. Xəzər Universitetində təhsilin hər üç pilləsində təhsil almaq istəyən əcnəbi vətəndaşlar bu təqaüd proqramı üçün müraciət edə bilərlər.

Müraciət üçün son tarix 15 aprel 2019-cu ildir (Bakı vaxtı ilə saat 17:00).

İxtisaslar, qəbul prosesi və təqaüdlər haqqında məlumat:

http://international.khazar.org/how-to-apply/

Təqaüdlər haqqında ətraflı məlumat:

http://international.khazar.org/international-scholarship-program/

Film about Khazar University