Xəzər Universitetində dronların yarışı olacaq

2018-ci ilin dekabrın 26-sı saat 10:00-da Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin təşkilatçılığı ilə dron müsabiqəsi keçiriləcək. Müsabiqə universitetin “Neftçilər” kampusunda olacaq. Müsabiqə Mexanika və elektrik mühəndisliyi departameninin tələbələrindən ibarət 5 komanda arasında keçiriləcək. Dronlar həm də pilotsuz hava nəqliyyat vasitəsi kimi tanınır və məsafədən idarə edilə bilən olmaqla yanaşı, avtonom iş rejimində də idarə oluna bilir. Bu uçan robotlar əsasən yüngül elektrik və mexaniki komponentlərdən ibarət olur ki, bu da onların manevr qabiliyyətini və əməliyyat müddətini artırır.

Müsabiqə dronların mülki sahələrdə istifadəyə uyğunlaşdırması, onların öznündə uçuş və motor nəzarətçiləri, mühərrikləri, ötürücü və qəbuledici, propeller, enerji mənbələri kimi müxtəlif komponentləri saxlayan dizayn və sərt çərçivələrinin təkmilləşdirmək, eləcə də, bütövlükdə dron çəkilərinin minimuma endirilməsi məqsədilə keçirilir. Müsabiqənin koordinatorları müsabiqə qaydalarını aşağıdakı kimi müəyyən edir:

  • Dronun ümumi çəkisi (batarey daxil olmaqla) 999 qramdan artıq olmamalıdır;
  • Çərçivənin maksimum eni 300 mm olmalıdır;
  • Çərçivənin maksimum hündürlüyü 100 mm olmalıdır;
  • İstifadə olunan materiala dair heç bir məhdudiyyət yoxdur, lakin onlar təhlükəsiz olmalıdır;
  • Antenaların uzunluğu 120 mm olan dron çərçivəsindən çox olmamalıdır.
Film about Khazar University