“Dünya və Azərbaycan şeiri müasir poetik təfəkkür kontekstində” mövzusunda seminar olacaq

2019-cu il martın 1-i saat 15.30-da Xəzər Universitetinin konfrans zalında (otaq 102N) Dillər və Ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı tərəfindən “Dünya ədəbiyyatını öyrənək” layihəsi çərçivəsində şair-esseist Qismət Rüstəmovun iştirakı ilə “Dünya və Azərbaycan şeiri müasir poetik təfəkkür kontekstində” mövzusunda seminar keçiriləcək.

Maraqlananların iştirakı arzu olunur.

Film about Khazar University