Vakansiya: Kompüter elmləri və kompüter mühəndisliyi departamenti müəllim axtarır

Xəzər Universiteti Mühəndislik və Tətbiqi Elmlər fakültəsi Kompüter elmləri və kompüter mühəndisliyi departamenti 2019-cu il yaz semestri dövründə tam ştat və ya yarım ştat əsaslarla müəllimlər axtarır. Axtarılan namizədlərdən bu siyahıda göstərilən fənlərin tədrisi tələb olunur:

  • Mühəndislikdə kompüterin tətbiqi (Computer Application in Engineering)
  • Təhsildə Kompüter tətbiqi (Computer Application in Education)
  • İnformatikanın əsasları (Introduction to Computer Sciences)
  • Verilənlər bazasını idarəetmə sistemləri (Database Management Systems)
  • Əməliyyat sistemləri (Operating Systems)
  • Multimedia dizayn (Multimedia Design)
  • C proqramlaşdırma dili (C Programming Language)

Kompüter elmləri, kompüter mühəndisliyi sahələrində magistr və ya doktorluq dərəcəsi almış azərbaycanlı şəxslər müraciət edə bilərlər. Maraqlananlar öz CV-lərini göstərilən bu ünvanlara göndərmələri rica olunur: msharifov@khazar.org, falimardanova@khazar.org.

Son müraciət tarixi 2019-cu il yanvarın 21-dir.

Film about Khazar University