“Azərbaycan V Beynəlxalq Psixologiya Konfransı” keçiriləcək

2018-ci il aprelin 7-si və 8-də Bakı şəhərində Xəzər Universitetinin Psixologiya departamentinin və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan V Beynəlxalq Psixologiya Konfransı” keçiriləcək.

Konfransda Türkiyədən, Amerikadan dəvət olunmuş psixoloqlar və psixiatrlar çıxış edərək, psixologiyanın müxtəlif sahələrini əhatə edən mövzular haqqında məlumat verəcəklər. Konfransda iştirakçıları psixologiya sahəsində yeni biliklər əldə etməklə yanaşı, bu sahənin mütəxəssislərinin bilik və təcrübələrindən yararlanmaq, fərqli baxış tərzlərini görmək, müqayisə etmək, müxtəlif universitetlərdə oxuyan tələbələr və çalışan müəllimlərlə əlaqələr qurmaq şansı əldə edəcəklər. Aprelin 7-də konfransın rəsmi hissəsi olacaq. Bu hissədə iştirakçılar psixoloqların və psixiatrların müxtəlif mövzularda olan təqdimatlarını dinləyə biləcəklər. Aprel 8-də isə iştirakçılar əvvəlcədən müəyyən olunmuş uorkşoplarda iştirak edəcəklər. Konfransın sonunda hər bir iştirakçıya universitet tərəfindən sertifikat təqdim ediləcək.

Bu il artıq 5-cisini təşkil olunacaq beynəlxalq konfransa Türkiyədən Prof. Nilufer Voltan Acar, Prof. Mehmet Hakan Türkçapar, Prof. Ebru Cengel Kültür, Dos.Dr. Ejder Akgün, Amerikadan isə Prof. Frederick Bemak, Prof.Dr. Robert Jecklin dəvət edilmişlər.

Konfransda iştirak etmək istəyən hər bir şəxs əvvəlcə bu linkdən qeydiyyatdan keçməlidirlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfI4eibYPxle69XquVKe-6nzg_Q4vYaNoCbXiA0rHfBLwnWHQ/viewform

Daha sonra Xəzər Universitetinin “Neftçilər” korpusunda 502-ci otağa yaxınlaşaraq ödənişlərini edərək, qeydiyyatlarını təsdiqləyə bilərlər.