“Universitet idarəçiliyində tələbələrin iştirakı” mövzusunda tədqiqat seminarı keçiriləcək

2017-ci il dekabrın 26-sı saat 16:00-da Xəzər Universitetinin İnkişaf Mərkəzi tədqiqat seminarı keçirəcək. Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru PhD namizəd Raziyə İsayeva “Universitetin idarəçiliyində tələbələrin iştirakı və bunun tələbələrin karyera nailiyyətlərinə təsiri (Azərbaycana aid)” adlı tədqiqat nəticələrini təqdim edəcək.

Seminar Xəzər Universitetinin “Neftçilər” kampusunun Təlim otağında keçiriləcək.

Hər kəs dəvətlidir. PhD və magistr tələbələrin seminara qatılması və iştirakı ciddi şəkildə təşviq olunur.