Xəzər Universitetində “Övladıma necə yanaşım?” mövzusunda seminar təşkil olunacaq

2017-ci il dekabrın 16-sı saat 15:00-da (otaq 406N) Xəzər Psixoloji Xidmət Mərkəzi və Xəzər Universitetinin Psixologiya departementi universitetin müəllimi, uşaq psixoloqu, doktorant Kəmalə Əliyevanın təqdimatında seminar təşkil edəcək. 

Seminarda ailələrə və mütəxəssislərə dəstək olmaq məqsədi ilə yaş dövrləri, onların xüsusiyyətləri, ünsiyyət tərzi, uşaqlarda görülən problemli davranış və yanaşma tərzi və s. mövzular əhatə olunacaq. 

Əlaqə üçün müraciət etmək olar: 

Telefon: (050) 329-89-78; E-mail: mkerimova@khazar.org.