Vakansiya: Mexanika Mühəndisliyi departamenti müəllim axtarır

Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, Mexanika Mühəndisliyi departamenti 2018-ci ilin yaz semestrində əsas fənlərin (Fluid Mechanics II, Materials Science, Solid Works, System Dynamics and Control, Dynamics, Theory of Machines, Machine Vibration) tədrisi üçün vakant yerlərə namizədlər axtarır. Mexanika mühəndisliyi ixtisası üzrə doktorluq dərəcəsi almış şəxslər müraciət edə bilərlər. Mühəndislik və Tətbiqi Elmlər fakültəsində tədris ingilis dilindədir. Maraqlananlar öz CV-lərini Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin akademik işlər üzrə dekan müavini Dr. Fəxrəndə Əlimərdanovaya göndərə bilərlər: falimardanova[at]khazar.org

Son müraciət tarixi 2018-ci il yanvarın 31-dir.