KİV nümayəndələri ilə görüş

 

  6 iyul, 2010

Xəzər Universitəsinin rektoru professor Hamlet İsaxanlı Avstriyadan jurnalistika və kütləvi informasiya vasitələri üzrə iki tanınmış mətəxəssisi –  Vyana Universitetinin  müəllimi Yuliya Viperserqi (Yulia Wippersberq), Avstriya Xəbər Agentliyinin keçmiş icraçı direktoru və Avropa Xəbər Agentlikləri Alyansının keçmiş prezidenti Dr. Volfqanq Vislozili  (Volfang Vislozil), eləcə də AzərTAc informasiya agentliyinin məsul şəxslərini qəbul etdi. Görüşdə jurnalistikanın cəmiyyətdə rolu və təhsil sistemində yeri məsələsi müzakirə olundu.