AIESEC nümayəndələri ilə görüş

 

  3 iyul, 2010

 Xəzər Universitəsinin rektoru professor Hamlet İsaxanlı “AIESEC“-in (Tələbələrin İqtisadiyyat və Biznes Menecment üzrə Beynəlxalq Assosiasiyası) nümayəndələrini – AIESEC “- in Azərbaycanda Üzv Komitəsinin prezidenti Mariya Sapojnikovanı (Maria Sapozhnikova)  və  “AIESEC “- in Azərbaycandakı  yerli nümayəndəsi Elvin Bağırovu qəbul etmişdir.  Görüşün əsas məqsədi “AIESEC”  ilə Xəzər Universitəsi arasında əməkdaşlıq ələqələrini daha da möhkəmləndirmək idi. Xəzər Universitəsi Beynəlxalq Tələbə və Mütəxəssislər Mərkəzinin direktoru Aytən Şadlinskayanın da iştirak etdiyi  görüşdə “AIESEC” - in bundan sonra öz fəaliyyətini  Xəzər Universitəsi nəzdində davam etdirməsi qərara alındı.

AIESEC – Tələbələrin İqtisadiyyat və Biznes Menecment üzrə Beynəlxalq Assosiasiyası dünyanın 107 ölkəsinin 1700 universitetində fəaliyyət göstərən beynəlxalq platformalı təşkilatdır.AİESEC-in əsas məqsədi gənclərin şəxsi və professional inkişafına istiqamətlənmiş bütün təşəbbüsləri –  təhsil və təlim layihələrini,  beynəlxalq tələbə mübadiləsi proqramlarını   dəstəkləməklə  gələcək ictimai liderlərin formalaşmasına səy göstərməkdir. AIESEC qlobal, qeyri-siyasi, müstəqil, mənfəət güdməyən bir təşkilatdır.  Hər il 500-ə yaxın konfrans, 8500-ə qədər beynəlxalq təcrübə proqramı təşkil edir.